İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

646 05.11.2022 20:49 Kriminal A A

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Musavat.com-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Azad oğlu Məmmədova tanışı Bakı şəhər sakini Tamara Abbasəli qızı İsmayılova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı konfetin içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,922 qram narkotik maddə - heroin aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR