İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Yüz minlərlə azərbaycanlı miqrant Rusiyadan geri qayıdır? - Krokusdakı terror onları işsiz qoya bilər - CANLIda

1264 30.03.2024 12:58 Gündəm A A

Rusiyadakı terror hadisəsindən sonra hakimiyyət miqrantların ölkədə qalma şərtlərini sərtləşdirmək niyyətindədir. Tənzimləmə üçün müqavilə şərtlərinin iki il çərçivəsində məhdudlaşdırılması planlaşdırılır.

“Kommersant”ın yazdığına görə, qanun layihəsi artıq hazırdır. Prioritet iki il müddətində işçilərin məqsədyönlü şəkildə işə qəbulu olacaq. Sonra işəgötürən bu mexanizmdən yenidən istifadə edə biləcək, məqsədli işə qəbul isə xüsusi şirkət tərəfindən aparılacaq.

Qanun layihəsində deyilir ki, miqrantlar öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ola bilərlər. İdeya artıq Dövlət Dumasında dəstəklənib. Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 2023-cü ildə 75% artaraq 22 minə yaxın olub.

Qeyd edək ki, Rusiyada təxminən 3 milyon civarında azərbaycanlının yaşadığı deyilir. Sözügedən qanun layihəsi bu ölkədəki azərbaycanlıların həyatına da təsir edə bilər. Miqrant azərbaycanlılarla bağlı sərt qərarların hansı mənfi nəticələri ola bilər?

Rusiyadakı terror hadisəsindən sonra hakimiyyət miqrantların ölkədə qalma şərtlərini sərtləşdirmək qərarına gəlib.

Tənzimləmə üçün müqavilə şərtlərinin iki il çərçivəsində məhdudlaşdırılması planlaşdırılır.

Rusiya mətbuatının son məlumatlarına əsasən, artıq qanun layihəsi hazırdır. Prioritet iki il müddətində işçilərin məqsədyönlü şəkildə işə qəbulu olacaq.

Sonra işəgötürən bu mexanizmdən yenidən istifadə edə biləcək, məqsədli işə qəbul isə xüsusi şirkət tərəfindən aparılacaq.

Qanun layihəsində deyilir ki, miqrantlar öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ola bilərlər. Təklif Rusiya Dövlət Duması tərəfindən də dəstəklənib.

Bildirilib ki, artıq Moskva vilayətinin Elektrostal şəhərindəki “Wildberries” anbarında Rusiyada qalma qaydalarını pozan miqrantlar saxlanılıb.

Əməliyyatçılar kimin hərbi qeydiyyatda olduğunu və hərbidən yayındığını da yoxlayırlar. Kişilərdən hərbi bilet və digər sənədlər tələb olunur.

Məhz “Krokus siti holl”da baş verən terror aktından sonra miqrantlar üzərində nəzarətin gücləndirilməsi Rusiyada yaşayan azərbaycanlılar üçün də təhlükə hesab olunur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-sa aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR