İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yol polisi sürücülərə xəbərdarlıq etdi

732 24.03.2026 11:20 Ölkə A A

Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar səfərə çıxan sürücülərə dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi tövsiyə edib.

Musavat.com xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

"Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edirik", - deyə məlumatda bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR