İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ukraynanın BÖYÜK hərbi karvanı BOMBALANDI, Kiyevdə ÖLƏNLƏR artır – CANLI

1250 08.07.2024 15:48 Son xəbər A A

Bazar günü axşam saatlarında Sum vilayətində Ukrayna Silahlı Qüvvələrinin böyük hərbi karvanı vurulub. TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin bu istiqaməti gücləndirmək üçün gələn böyük karvanına zərbələr endirilib, “onlarla ölü və yaralı nasist var”.

“Qüvvələr, silahlar və texnologiya balansını nəzərə alsaq, Rusiyanın Ukraynada məğlubiyyətini təsəvvür etmək çətindir”.

Macarıstan Baş naziri Viktor Orban deyib. “Putinin nə baş verəcəyi və Rusiyanın necə qalib gələcəyi barədə dəqiq təsəvvürü var. Silah və texnologiya sayına baxsanız, Putin məğlub ola bilməz. Rusiyanı məğlub etmək təsəvvür edilməsi çətin olan bir şeydir. Rusiyanın həqiqətən məğlub ola biləcəyi ehtimalı tamamilə təxəyyüldən kənardır. Önümüzdəki aylarda cəbhədəki vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Mənim həm Ukrayna, həm də Rusiya prezidentləri ilə danışmaq imkanım olub və inanın ki, qarşıdakı iki-üç ay düşündüyümüzdən daha qəddar olacaq. Müharibə siyasətindən sülh siyasətinə keçmək üçün indi ən doğru məqamdır”, - o bildirib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Vaqif Hüseynlə Avropadakı, eləcə də İrandakı seçkiləri və Kiyevin vurulmasını müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR