İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ukrayna Krıma girdi, QIRĞIN gedir: ölü və yaralılar var - CANLI

2575 25.08.2023 15:51 Son xəbər A A

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Krım yarımadasına zərbə endirib. 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsi atəşə tutulub. Nəticədə üç nəfər ölüb, çox sayda insan yaralanıb. Əməliyyatın təfərrüatları məlum deyil.

Ukrayna kəşfiyyatının Krım yarımadasında keçirdiyi əməliyyatın detalları məlum olub. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov danışıb.

O bildirib ki, xüsusi əməliyyat zamanı ən müasir silahlardan istifadə olunub: “Çox güclü əməliyyat keçirdik. Qarşı tərəfin bizim qarşıya qoyduğumuz tapşırıqların icrasına mane olmaq imkanı yoxdur”.

O.Danilovun sözlərinə görə, bundan əvvəl də təhlükəsizlik qüvvələri müxtəlif xüsusi əməliyyatlar keçirib: “Amma onların hamısı haqqında məlumat vermək olmaz. Bircə onu deyə bilərəm ki, müharibə bütün torpaqlarımız, o cümlədən Krım azad olunmayanadək bitməyəcək”. Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib ki, zərurət yaranarsa, yarımada hərbi yolla azad olunacaq: “Əgər qarşı tərəf bizim torpaqlarımızdan mümkün qədər tez çıxmasa, bu, belə də olacaq”.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Krımda quru əməliyyatlarına başlayacaqlarını söyləyib.

Ermənilərin təxribatçı xisləti yenə özünü büruzə verib. “Caliber” “Telegram” kanalının məlumatına görə, hadisə avqustun 25-də “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin keçidi zamanı baş verib. Belə ki, ermənilərin təcili yardım maşınının üzərinə vurduqları qondarma rejimi təbliğ edən banner sökülüb.

“Bizim yanaşmamız bəllidir, təəssüflənirik və qınayırıq, amma artıq diplomatiyanın vaxtı deyil”. Fransa Prezidenti Emmanuel Makron “Le Point” nəşrinə müsahibəsində jurnalistin sualına cavab olaraq deyib. “Biz həmişə demişik ki, xalqın suverenliyinin tərəfdarıyıq. “Dağlıq Qarabağ” məsələsi mürəkkəbdir. Bu mövzunun ən kəskin tərəflərinə toxuna bilmirəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pislədi və bəzi humanitar yardımlar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması, xalqların və mədəniyyətlərin qorunması üçün hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır”, - o bildirib.

Jurnalistin “Sülh - hətta beynəlxalq ekspertlərin qeyd etdiyi soyqırım prosesinə baxmayaraq?” sualına isə Makron bu cür cavab verib: “Bu termini tələsik işlətməkdən çəkinərdim. Xüsusilə Laçın dəhlizinin bağlanması nəticəsində qəbuledilməz olan humanitar vəziyyətimiz var. Fransanın rolu humanitar yardım üçün təzyiq göstərməkdir və biz buna nail olmaq üçün əlimizdən gələni edirik. Xüsusilə, ərzaq və dərmanların çatdırılmasını təmin etmək və “Dağlıq Qarabağ”a sərbəst girişi təmin etmək üçün tədbirlər görməkdə davam edirik. Üstəlik, Ermənistanın öz sərhədləri risk altındadır”.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Turab Rzayevlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR