İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Rusların 400 əsgəri öldürüldü, yol təmizləndi - Hərbi analitiklə CANLI

1399 26.05.2022 14:50 Gündəm A A

Ən azı 400 rus əsgəri Luqansk vilayətində Severski Donets çayını keçərkən artilleriya atəşi ilə məhv edilib. Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, mayın əvvəlində çayı keçmək cəhdi Rusiya ordusu üçün bu müharibənin ən qanlı döyüşlərindən biri olub:
“Ruslar Severodonetskdə Ukrayna hərbçilərini mühasirəyə almağa çalışsa da, əvəzində onlar özləri mühasirəyə düşüblər. Döyüşlərdən sonra partladılmış tanklar, kəsilmiş budaqlar, ağaclardan asılmış rus hərbi geyimlərinin parçaları və yarısı palçıqda olan rus işğalçılarının cəsədləri çayın sahilində qalıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Severodonetskin mühasirəsi rus qoşunlarının bilavasitə məqsədidir: “Lakin Ukraynanın İzyum şəhəri yaxınlığında əsas yollardan birini bağlamasından sonra Rusiyanın şərqdə Ukrayna hərbçilərini mühasirəyə almaq cəhdləri davam edir. Ponton körpüsündə əks-hücuma rəhbərlik edən polkovnik Dmitri Kaşenkonun sözlərinə görə, Severski Donets çayı rus işğalçılarının irəliləməsi üçün təbii maneə yaradır və ponton keçidlərinin yaradılması üçün münasib yerlər azdır”.

Rus işğalçıları artıq Lisiçansk-Baxmut magistralına nəzarət etmirlər. Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib. Onun sözlərinə görə, düşmənin diversiya-kəşfiyyat qrupu magistralda möhkəmlənə bilmişdilər.

“50 nəfərə yaxın idilər, hətta orada blokpost da qurmuşdular. Həmin blokpost dağıdılıb, diversantlar geri oturdulub. Artıq rus ordusu magistrala nəzarət etmir, amma hələ də oranı atəşə tutur. Baxmutdan Lisiçanska getmək olduqca çətindir”, - deyə Qayday bildirib.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə hərbi ekspert Ədalət Verdiyev Ukrayna böhranını müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR