İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya qırıcıları HAVAYA QALDIRDI - ABŞ-ın iki bombardmançı təyyarəsi...

1461 26.03.2024 19:55 Dünya A A

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "B-1B" bombardmançısı Barents dənizində Rusiya sərhədinə yaxınlaşıb.

Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın "MiQ-31" qırıcısı havaya qaldırılıb, Amerika bombardmançıları kursu düzəldib və Rusiya sərhədini keçməyiblər.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə martın 24-də Amerikanın iki "B-1B" bombardmançısının Barents dənizində Rusiya sərhədinə yaxınlaşdığını açıqlayıb. 

ABŞ Hərbi Hava Qüvvələri bombardmançıların planlı şəkildə Avropaya yerləşdirilmək üçün uçduğunu bildirib.

“Fox News”un məlumatına görə, təyyarələr Texasdan ABŞ-ın İspaniyadakı aviabazasına doğru gedirmiş.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR