İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Rusiya əsas qüvvələrini Mariupoldan çıxardı – Ədalət Verdiyevlə “Canlı debat”

1347 06.05.2022 13:34 Gündəm A A

Rusiya əsas qüvvələrini Mariupoldan çıxarıb. Bunu Pentaqonun sözçüsü Con Kirbi deyib. “Hesablamalarımıza görə, Mariupola göndərilən Rusiya quru qoşunlarının əksər hissəsi geri çəkilərək şimala doğru hərəkət edib”, - Kirbi bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə və onun ətrafında az sayda rus qoşunu cəmləşib. Bununla belə, ruslar Mariupola hücumlarını davam etdirirlər, şəhərə və onun ətrafına, həmçinin “Azovstal” zavoduna artilleriyadan və havadan zərbələr endirirlər.

Bundan əvvəl “Azov” alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko bildirib ki, Azovstalda vəziyyət son dərəcə ağırdır, amma müdafiə qüvvələri özlərini müdafiə etməkdə davam edirlər. Onun sözlərinə görə, düşmənin zavodun ərazisinə soxulmasından iki gün keçir, nəticədə orada ağır qanlı döyüşlər gedir.

Belarus Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində deyib. "Biz Ukraynada Rusiya Silahlı Qüvvələrində təmsil olunmaq fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - Lukaşenko bildirib. Belarus lideri vurğulayıb ki, Rusiya bu vəziyyətdə onların təklif edə biləcəyi hər şeyə malikdir: "Ona görə də bu əməliyyatda iştirak etməyə ehtiyac yoxdur", - Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, Belarus üçün çox yaxın olan iki qonşu ölkənin müharibə şəraitində olması pisdir.

Putinin İrsaildən üzr istəməsi, İrəvanda vəziyyətin qarışması, Paşinyanın devrilməsi ssenariləri, eləcə də Rusiyanın bu planı necə həyata keçirməsi də müzakirə mövzularımızdır. Bu məsələlərin hər birini hərbi ekspert Ədalət Verdiyevlə “Canlı debat”da müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR