İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Prezident nazirləri topladı, Putindən isə şok Ukrayna anonsu CANLI

4072 12.04.2022 15:15 Gündəm A A

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Müşavirə ilə bağlı ətraflı məlumat veriləcək.

Ukraynadakı əməliyyatın məqsəd və hədəfləri şübhəsiz yerinə yetiriləcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Amur vilayətinə səfəri zamanı deyib. O, Rusiya Ordusunun Ukraynada cəsarətli fəaliyyət göstərdiyini əlavə edib.

Aprelin 10-da Rusiyanın Qarabağdakı sülhməramlı adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı - terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycanın 6 məntəqəsində qanunsuz “seçki” keçirib.

Xocavəndin “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, “Norşen” - Günəşli və Sos kəndlərində, həmçinin Tərtərin “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə “səs” verilib.

TVMusavat-ın canlı efirində “Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə gündəmi dəyərləndiririk. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR