İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: NATO-nun 20 min hərbçisi Rusiya ilə sərhəddə, Kremldən SƏRT reaksiya - CANLI

900 04.03.2024 14:46 Gündəm A A

Martın 4-dən etibarən Şimali Atlantika Alyansının (NATO) “Skandinaviyalıların cavabı 24” (“Nordic Response 24”) adlı genişmiqyaslı hərbi təlimləri başlayıb.

Musavat.com xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçiriləcək. Təlim martın 15-dək davam edəcək. Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur. “Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir. Rusiya NATO-nun “Nordic Response” təlimlərini izləyir. Rusiya Xarici İşlər Nazirliyindən belə bəyan olunub. Qeyd olunub ki, Şimal Alyansının təlimləri nümayişkaranə şəkildə təxribat xarakteri daşıyır. Finlandiya və İsveç Ukrayna müharibəsinin gedişində bloka üzv olublar.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi İlyas Hüseynovla danışır.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR