İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Namizəddən OLAY kimi açıqlama: “Seçkilərin nəticəsini biz dəyişdik!” – “Canlı debat”

2416 15.05.2023 11:16 Siyasət A A

Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Bunu bizim üçün bir uğur olaraq görürəm. Bunu ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan deyib.

Oğan seçimlərin ikinci tura qalacağını bildirib:

“Millətimizə xeyirli olsun. Bundan sonra bizi çətin bir proses gözləyir. Bizə səs verən və bizi bu nöqtəyə gətirən hər bir vətəndaşa təbrik və təşəkkürlərimi çatdırıram. Biz çətin şəraitdə seçki işləri apardıq. Əslində gözlədiyimiz səs daha yüksək idi. Ancaq Türkiyədəki seçim şərtləri bəllidir, ona görə də bu barədə qiymətləndirməmi daha sonra verəcəm”.

Oğan qeyd edib ki, 1-2 gün ərzində ATA İttifaqının liderləri ilə iclas keçirəcək:

“Buna uyğun olaraq bir nəticə müəyyən edəcəyik. Bu nəticənin vəziyyətinə uyğun olaraq yol xəritəmizi açıqlayacağıq. Bundan sonra qarşıdakı 14-də gündə üzərimizə düşəni edəcəyik. Türkiyənin heç vaxt böhrana düşməsinə imkan verməyəcəyik. Bu seçki prosesini düzgün idarə edən biz olduq. Biz öz münasibətimizlə seçkinin nəticələrinə birbaşa təsir göstərmişik və dəyişmişik. Bu səbəbdən önümüzdəki dövrdə də bu mövqeyimizi davam etdirəcəyik və məsələ ilə bağlı millətimizin xeyrinə qərarlar verəcəyik”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində jurnalist-ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR