İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! KTMT-dən QƏRAR: Ermənistana missiya göndəriləcək...

3565 14.09.2022 01:11 Gündəm A A

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub.

Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR