İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İrəvan və Bakı razılaşdı, danışıqlar Rusiyada olacaq! Professor Qabil Hüseynli ilə CANLI

1606 12.04.2023 15:52 Gündəm A A

Azərbaycanlılar pikap-la danışıqlar aparmaq üçün bizim mövqelərimizə yaxınlaşıblar. Bunu aprelin 12-də jurnalistlərə müsahibəsində deputat Armen Xaçatryan deyib. Azərbaycanlıların pikap maşını danışıqlar aparmaq üçün bizim mövqelərimizə yaxınlaşıb. Biz də buna qarşılıq olaraq silahla cavab verdik. Bundan sonra əməliyyatlar başlayıb”. - deyə, Xaçatryan əlavə edib. Erməni deputat bununla dünənki təxribatın ermənilər tərəfindən törədildiyini birbaşa olaraq etiraf edib.

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə Moskvada olacaq görüşü və sərhəd münaqişələrini müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR