İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İranla sərhəddə əməliyyat KEÇİRİLDİ, SEPAH-ın Azərbaycan planı ÜZƏ ÇIXDI – detallar “CANLI”da

2965 18.03.2023 11:46 Gündəm A A

Mart ayının 18-i saat 03:40-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri - Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilib. Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

İranda, əsasən, Qum şəhərində yerləşən İnqilab Keşikçilərinin himayəsi altında çalışmalarını davam edən “Hüseyniyyun” terror qruplaşması yeni bir kitab çıxarıb. Kitabın adı “Kərimə dövlət”dir. Terror qruplaşması bu kitabla hədəflərini çox aydın bir şəkildə ifadə ediblər. Orada Azərbaycana qarşı dövlət planı da üzə çıxıb.

Bu və gündəmdəki bir çox sualları bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Əjdər Tağızadə ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR