İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Beş şəhərdə şiddətli döyüşlər gedir, Putini kim həbs edəcək? Üzeyir Cəfərovla CANLI

1058 18.03.2023 10:52 Gündəm A A

Rusiya prezidentini heç bir xarici güc həbs edə bilməz. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib. "Rusiya Prezidenti beynəlxalq hüquqa uyğun olaraq ən yüksək vəzifəli şəxs kimi xarici və beynəlxalq cinayət yurisdiksiyasından immunitetə malikdir", - K.Kosaçev bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Hazırda Kremennoy, Torski, Beloqorovka və Spornoe ərazilərində şiddətli döyüşlər davam edir, lakin Baxmut hərbi əməliyyatların episentri olaraq qalır. Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

"Əslində bütün şərq cəbhə xəttində düşmən hücum əməliyyatları aparır, qoşunlarımızın müdafiəsini yarıb onların döyüş birləşmələrinin dərinliklərinə doğru irəliləməyə çalışır.

Baxmutun şimalında, şərqində və cənubunda əsgərlərimizin cəsarəti sayəsində düşmən böyük itkilər verir və yenə də uğur qazanmadan geri çəkilir”, - Sırski bildirib. O əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələrinin itkiləri var, lakin onlar düşmənin verdiyindən qat-qat azdır. General bəzi mövqelərdə Ukrayna ordusunun uğur qazandığını da qeyd edib.

TVMusavat-ın bu gün saat 11:00-da canlı efirində “Həftə içi”nin aparıcısı Emil Salamoğlu ekspertlərlə Putin haqda qərarı dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR