İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Azərbaycanda ZƏLZƏLƏ OLDU

2424 19.01.2026 23:25 Son xəbər A A

Astarada zəlzələ qeydə alınıb

Musavat.com xəbər verir ki, yanvarın 19-da Astara rayonunda zəlzələ baş verib. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Astara stansiyasından 18 km qərbdə, Astara rayonu ərazisində qeydə alınıb.

Bildirilib ki, zəlzələ hiss olunmayıb. Yeraltı təkanlar saat 21:46:12-də (yerli vaxtla) qeydə alınıb. Zəlzələnin maqnitudası ML 3.1 olub. Episentrin koordinatları 38.57° şimal enliyi, 48.59° şərq uzunluğu kimi göstərilib.

İlkin məlumatlara görə, dağıntı və ya tələfat qeydə alınmayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR