İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Azərbaycan Avropa Şurasına qayıdır...

7063 16.04.2024 16:12 Son xəbər A A

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə "Alpha News" assambleyadakı mənbəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, yanvar ayında Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi. Nümayəndə heyəti bununla bağlı bəyanat yaymışdı.

Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib.

Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib.

Qətnamədə deyilirdi ki, rəsmi Bakı ölkədə plüralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR