İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstanda zavodları vuran PUA-lar Qazaxıstandan göndərilib? - AÇIQLAMA

1189 02.04.2024 21:06 Dünya A A

Qazaxıstan Müdafiə Nazirliyi Tatarıstana hücum edən pilotsuz təyyarələrin Qazaxıstan ərazisindən buraxılması ilə bağlı iddiaları təkzib edib.

Nazirliyin bununla bağlı açıqlamasında bildirilir: “Bəzi Telegram kanallarında Tatarıstan Respublikasının obyektlərinə hücum etdiyi iddia edilən pilotsuz təyyarələrin Qazaxıstan ərazisindən buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Nazirlik bəyan edir ki, “belə eyhamlar Qazaxıstan Respublikasını gözdən salmaq məqsədi daşıyır”: “Bununla bağlı vətəndaşlardan və KİV-də yayılan şayiələrə reaksiya verməmələrini və yalnız rəsmi məlumat mənbələrinə etibar etmələrini xahiş edirik”.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna pilotsuz uçuş aparatları ilk dəfə Elabuqa və Nijnekamskda yerləşən müəssisələrə hücum edib. Elabuqada zərbə PUA istehsal olunan zavoda, Nijnekamskda isə neft emalı zavoduna endirilib.

Tatarıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yelabuqada PUA-nın hücumu nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 8-i xəstəxanaya yerləşdirilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR