İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tarqovıy" da növbəti yanğın, insanlar kafedən təxliyə edildi- FOTO, VİDEO

1268 01.08.2022 21:23 Hadisə A A

Səbail rayonu, "Fəvvarələr bağı"nın yaxınlığında yerləşən "Sweet levantine" kafesində axşam saat 19:10 radələrində  həyəcanlı anlar yaşanıb.

Musavat.com xəbər verir ki, yanğın səbəbindən kafenin ilk olaraq işıqları sönüb, sonra tüstü hər tərəfi bürüyüb. İnsanlar təcili olaraq kafenin əməkdaşları tərəfindən təxliyə ediliblər. Az sonra məlum olub ki, yanğın kafedə deyil, binanın ikinci mərtəbəsində yaşayış evində baş verib. Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Nazirliyin ilkin məlumatına əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

Qeyd edək ki, bu ilin aprel ayında "Fəvvarələr bağı"nın yaxınlığında "Location" klubda güclü partlayış baş vermişdi. Gecə klubunun mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmişdi.

Afaq Mirayiq,
Musavat.com

rrrrrrrrr.jpg (50 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR