İnsanlara hürriyət, millətlərə istiqlal!

TARİXİ GÜN! Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində - FOTOLAR YENİLƏNİB

1967 13.05.2024 16:21 Siyasət A A

Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar KKTC-Azərbaycan, Türkiyə-Azərbaycan və KKTC-Türkiyə parlamentlərarası dostluq qruplarının sədrlərini və üzvlərini qəbul edib.

Musavat.com xəbər verir ki, Prezident Tatar KKTC-də 3 parlament dostluq qrupunun bir araya gəlməsini “tarixi gün” kimi qiymətləndirib.

“Bu tarixi gündə sizinlə birlikdə olmaqdan çox xoşbəxtəm. Bunu ən səmimi hisslərimlə ifadə etmək istəyirəm. Bu gün tarixi bir gündür, çünki biz bu ölkədə mübarizə apararkən bir millət, üç dövlət arzusu ilə yaşayırdıq”, - E.Tatar qeyd edib.

Prezident Ersin Tatar Kipr türklərinin adada sonunun çatdığı bir məqamda Türkiyənin 1960-cı il müqavilələrindəki zəmanət hüququndan istifadə edərək duruma müdaxilə etdiyini və bu mərhələdə KKTC-nin Şərqi Aralıq dənizində müstəqil bir dövlət olaraq varlığını davam etdirdiyini xatırladıb.

“Birlikdə ola bilməyimiz və bu görüntüləri bütün dünya ilə paylaşa bilməyimiz Kipr türklərinin tək olmadığını göstərir”, - Ersin Tatar vurğulayıb. 

Prezident Tatar Kipr üzərində oynanılan oyunlar və intriqalar nəticəsində Türkiyənin Kipr üzərində zəmanət hüququnun ləğvindən, Türkiyə əsgərlərinin adadan çıxmasından, nəticədə adadın bütövlükdə Avropa İttifaqına daxil edilərək Kipr türklərinin zamanla azlıq halına gətirilməsindən xatırlatmalar edib.

O bildirib ki, bütün bunlara qarşı Azərbaycan və Türkiyənin dəstəyi son dərəcə əhəmiyyətlidir.

Tatar Kipr türklərinin mübarizəsinin milli dava olduğunu və bu davanın həm də Türkiyənin, Azərbaycanın və bütün türk dünyasının davası olduğunu qeyd edib.

Prezident Tatar əlavə edib ki, KKTC müstəqil bir türk dövləti olaraq Şərqi Aralıq dənizi kimi mühüm bir coğrafiyada millətin iradəsinə uyğun olaraq varlığını şərəflə davam etdirir:

“KKTC-ni sona qədər qorumaq bizim milli borcumuzdur. Bu şəkildə dostluq qrupları yaratmaqla bizə güc verirsiniz. Hamınıza öz adımdan və Kipr türk xalqı adından təşəkkür edirəm”.

“Biz Kipr Türk Dövlətinin Türkiyənin dəstəyi ilə tək olmadığını beynəlxalq aktorlara göstərmişik. Bu zəmin Azərbaycan dövlətinin çəkisi ilə daha da möhkəmlənib”, - Tatar qeyd edib.

Musavat.com

***

Azərbaycan və Türkiyə deputatlarından ibarət nümayəndə heyəti hazırda Şimali Kipr Türk Respublikasında (KKTC) səfərdədir.

Musavat.com xəbər verir ki, onlar KKTC-nin Prezidenti Ersin Tatarla görüşüblər.

CİPR.jpeg (328 KB)

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Cavanşir Feyziyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov daxildir. 

ERSİN SON.jpg (73 KB)

Türkiyə nümayəndə heyətinin tərkibinə isə Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orxan Ərdəm, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım daxildir.

Qeyd edək ki, nümayəndə heyətlərinin Şimali Kipr Türk Respublikasına səfəri dünəndən başlayıb. Səfər mayın 16-da başa çatacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR