İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi əhəmiyyətli əşyaları gömrük sərhədindən gizli keçirmək cəhdi alınmadı

521 29.06.2022 14:15 Kriminal A A

Azərbaycan gömrükçüləri tarixi əhəmiyyət daşıyan xeyli miqdarda predmetin ölkənin
gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Belə ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda
Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən Rusiya Federasiyasına gedən
"Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb.

Yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobilin kabinəsi və qoşqusunun
ayrı-ayrı yerlərində gizlədilən cəmi 15 ədəd polietilen bağlama aşkar edilib.

Həmin bağlamalara baxış nəticəsində isə üzərində müxtəlif simvol və heroqlif olan 4
ədəd qızıl sikkə, üzərində müxtəlif simvol və heroqlif olan 20 ədəd gümüş sikkə,
bürüncdən hazırlanan - üzərində şamdan simvolu olan 18 ədəd kulon, eləcə də xaça
bənzər 22 ədəd kulon, üzərində simvol olan kubşəkilli 5 ədəd predmet, üzərində
simvol olan 4 ədəd çoxbucaqlı predmet, üzərində simvol olan 1 ədəd səkkizbucaqlı
predmet, üzərində müxtəlif simvollar olan 280 ədəd dördbucaqlı predmet və nəhayət,
üzərində müxtəlif simvol və heroqlif olan 10.800 ədəd dairəvi şəkilli mis aşkara
çıxarılıb.     

Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən təqdim olunan
predmetlər bizim eranın əvvəlləri və orta əsrlərə məxsus, Roma imperiyası və Bizans
imperiyası dövrünə aid olub, tarixi, bədii, muzey, etnoqrafik arxeloji əhəmiyyət kəsb
edir.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR