İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixdə İLK: Vatikanda kardinal zindana göndərildi

1156 16.12.2023 22:09 Dünya A A

Tarixdə ilk dəfə olaraq Vatikanda kardinal mühakimə olunaraq həbsxanaya göndərilib.

Musavat.com-un ANSA agentliyinə istinadən məlumatına görə, kardinal Ancelo Beccia Londonda mülki iş üzrə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Kardinal Londonda Müqəddəs Taxt-Tac üçün daşınmaz əmlakın alınması prosesində yol verilmiş maliyyə pozuntularına görə ittiham edilib. İstintaq müəyyən edib ki, kardinal Beccia prosedur zamanı yol verilən pozuntulara və sui-istifadələrə görə məsuliyyət daşıyır. O, həmçinin yalan məlumat verməkdə və dələduzluqda ittiham olunub. Məhkəmə zamanı müttəhimlər kürsüsündə kardinaldan başqa daha 9 nəfər olub.

Böyük Britaniyada daşınmaz əmlakın alınması ilə bağlı sövdələşmə zamanı Beccia Vatikanın ümumi işlər üzrə dövlət katibinin müşaviri vəzifəsində çalışıb. İttiham tərəfi təqsirləndirilən şəxsə 7 il 3 ay həbs cəzası istəyib. Ancelo Beccia ittihamların heç biri üzrə günahını etiraf etməyib.

Daha əvvəl məlum olmuşdu ki, Papa Fransisk mühafizəkar kardinal Raymond Burkeni kilsə daxilində nifaq mənbəyi olduğuna görə cəzalandırıb. Katolik kilsəsinə qarşı resurslardan istifadə etdiyi üçün pontifik Burke təqaüdçü kardinal kimi maaşından, həmçinin Vatikanda subsidiyalı mənzilə sahib olmaq imtiyazlarından məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR