İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış xanəndə ilk dəfə oğlu ilə görüntüsünü paylaşdı

969 15.06.2026 14:18 Şou-biznes A A

Müğənni Ayşən Mehtiyeva sosial şəbəkədə etdiyi paylaşım ilə izləyicilərinin marağına səbəb olub.

Xanəndə oğlu Rəhmanla birlikdə çəkdirdiyi görüntüsünü şəxsi hesabında paylaşaraq diqqət mərkəzinə düşüb. Kadrlarda ana-oğulun səmimi anları əks olunub.

Ayşən paylaşımına duyğusal sözlər də əlavə edib. O, videoda övladına sevgisini ifadə edərək, "Məni bircə sən sev, bəsimdir" sözlərini səsləndirib.

Sosial şəbəkə istifadəçiləri paylaşımı maraqla qarşılayıb, ana ilə oğulun isti münasibətini əks etdirən görüntülərə çoxsaylı bəyəni və şərhlər gəlib.

Qeyd edək ki, müğənninin Ayxan və Rəhman adlı iki övladı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR