İnsanlara hürriyət, millətlərə istiqlal!

Taker Karlsondan Kreml ritorikası - "Ukrayna müstəqil dövlət deyil... çevriliş ediblər"

682 13.03.2024 18:28 Dünya A A

Amerikalı teleaparıcı Taker Karlson Rusiyaya səfəri ilə bağlı yeni müsahibəsində bildirib ki, Ukraynadakı münaqişə ABŞ-a heç bir şəkildə kömək etmir və Krım demokratik proseslər nəticəsində vətənə qayıdıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, jurnalistin Kremldə RF prezidenti Vladimir Putinlə görüşündən sonra Rusiyanın xeyrinə səsləndirdiyi ilk fikirlər deyil. Son bir ayda o, dəfələrlə Rusiyaya haqq qazandıran açıqlamalar verub.

“Mən ilk gündən Ukraynadakı münaqişənin əleyhinəyəm. Bu, bizə kömək etməyəcək. Mənim haqqımda deyirlər ki, o, Putinin kuklasıdır. Xeyr, mən Amerikanın tərəfdarıyam. Olmaq istədiyim budur”, - deyə, Taker jurnalist Kris Kuomo ilə başqa bir müsahibəsi zamanı bildirib.

Qeyd edək ki, ABŞ-da Karlsona və onun Rusiyaya səfərinə maraq səngimir. Jurnalist tez-tez təkrar edir ki, Rusiya Amerikanın düşməni deyil, NATO-ya hücum etmək niyyəti daşımır, Amerika isteblişemninin illərdir sadə amerikalıları inandırdığı hər şey yalandır.

"Onlar Krımdan başladılar və indi Ukraynanın, demək olar ki, yarısını tutublar", - deyə Kuomo Karlsona etiraz edib. Karlson isə ona belə cavab verib: “Ruslar 2014-cü il çevrilişindən sonra Krımda referendum keçirdilər və orada Krımın təxminən 90% ruslardan ibarət olan əhalisinə Ukraynanın, yoxsa Rusiyanın bir hissəsi olmaq istədiklərini soruşdular. Və hamı “Rusiya” dedi. Bu, demokratik prosesdir”.

“Müstəqil jurnalist” Kreml təbliğatçılarının ritorikası ilə Moskvapərəst açıqlamalarını davam etdirib: “Ukrayna “suveren ölkə deyil və ən azı 2014-cü ildə Qərbin və Mərkəzi Kəşfiyyat İdarəsinin müdaxilə etdiyi vaxtdan bəri müstəqil dövlət deyil. Onlar dövlət çevrilişi və rəngli inqilab ediblər və hakimiyyəti ələ keçiriblər. İndi biz bütün bu təfərrüatları bilirik, orada bioloji laboratoriyalarımız və MKİ ofislərimiz var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR