Tailandda qəza keçirən tanınmış blogerlər Həsti Həsənova və onun həyat yoldaşı Vahid Həsənovun vəziyyəti açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edib və səhhəti ilə bağlı yazıb:
“Artıq bir həftə keçdi, bizim üçün çox çətin bir həftə oldu... Yuxusuz gecələr, ağrılar, travma, stress. Amma şükürlər olsun ki, yavaş-yavaş hər şey yaxşıya doğru gedir. Hər gün yazıb maraqlanan dost, tanış və izləyicilərimiz, çox sağ olun, var olun!
Vahidin nə qədər güclü olduğunun bir daha şahidi oldum. 9 qabırğa sınığı, körpücük sümüyünün sınığı ilə yenə də aktiv qalmağa, hər şeyi özü etməyə çalışır. Amma təbii ki, buna imkan vermirəm.
Zamanla daha da yaxşı olacaq inşallah, hələ ki ağrılı günlər davam edir. Amma ilk günlərdəki kimi deyil artıq. İnanıram ki, birlikdə bunun da öhdəsindən gələcəyik. Sizi məlumatsız qoymaq istəmədim, ona görə də belə bir paylaşım etmək qərarına gəldim".
Qeyd edək ki, iyun ayının 5-də Tailandda olan cütlük moped aşması nəticəsində ciddi xəsarət almışdılar.
Şahanə Rəhimli,
Musavat.com






