İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Mirkişili: “2021-ci il tarixə Qələbədən sonra bərpa-quruculuq ili kimi düşüb”

413 31.05.2022 12:03 Gündəm A A

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu sözləri parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqda çıxış edərkən söylədi.

Komitə rəhbəri bildirdi ki, qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim olunub: “Əlavə olaraq Maliyyə Nazirliyi tərəfindən 2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər haqqında geniş məlumat və Hesablama Palatasının rəyinə yazılmış şərhlər deputatlara təqdim edilib. 2021-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, COVİD-19 pandemiyasının və Vətən müharibəsindən sonra quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik formada icra olunub”.

T.Mirkişili qeyd etdi ki, təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 25 may 2022-ci il tarixli iclasında ətraflı müzakirə edilib: “İclasda Maliyyə və İqtisadiyyat Nazirlikləri, Hesablama Palatası, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi və Dövlət Vergi Xidmətinin nümayəndələrinini ştirakı ilə dövlət büdcəsinin icrasının əsas parametləri, 2021-ci ilin makro iqtisadi göstəriciləri ətraflı müzakirə edilib. Eyni zamanda, təqdim edilmiş sənədlərin daha dərindən təhlili məqsilə 21 may 2022-ci ildə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İqtisadiyyat və Maliyyə nazirlikləri və Hesablama Palatasının nümayəndələrinin iştirakı ilə səmərəli, işgüzar iclas da keçirilib”.

Komitə sədri bildirdi ki, 2021-ci il tarixə hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi və işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbədən sonra bərpa-quruculuq işlərinə başlanılması ili kimi düşüb: “İlk dəfə olaraq məhz 2021-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün vəsait ayrılıb”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR