İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan lideri: “Heydər Əliyevin iki ölkə arasında çoxtərəfli münasibətlərin dərinləşməsində rolu danılmazdır”

189 16.05.2023 13:15 Son xəbər A A

Ümummilli Lider Heydər Əliyevlə bağlı Milli Məclisdə keçirilən xüsusi iclasda Tacikistan Prezidenti Emomali Rahmonın ürək sözləri səsləndirilib. E.Rahmonın məktubunu Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda çatdırıb. Tacikistan Prezidentinin məktubunda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dahi övladıdır və bütün həyatını öz xalqına, Azərbaycanın dünya arenasında nüfuzunun güclənməsinə həsr edib: “Onun yorulmaz səylərinin bəhrəsini müasir Azərbaycanın simasında görürük. Tacikistanda Heydər Əliyevin şəxsiyyətinə hər zaman dərin hörmət bəsləyiblər. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri olub”.

E.Rahmon həmçinin qeyd edib ki, Heydər Əliyevin iki ölkə arasında çoxtərəfli münasibətlərin dərinləşməsində rolu danılmazdır: “Bu il Azərbaycan Prezidenti İlham Əiyevin Tacikistana dövlət səfərində əldə edilən nəticələr bir daha sübut edir ki, iki xalq ortaq tarixə, dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xoş münasibətə sadiqdir”. Tacikistan lideri bildirib ki, iki ölkə arasındakı münasibətlər ardıcıl, müştərək addımlar nəticəsində artan xəttlə inkişaf edir və bundan sonra da davam edəcək.

E.Paşasoy,

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR