İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacik qastarbayterlər Rusiyadan öz ölkələrinə axışır

1040 30.03.2024 11:53 Dünya A A

Tacikistan hakimiyyəti Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən dəhşətli terror aktından və bu səbəbdən Mərkəzi Asiyadan olan əmək miqrantlarına münasibətin pisləşməsindən sonra Rusiyadan miqrant axınını qeydə alır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin müavini Şahnoza Nodirinin verdiyi məlumata görə, həmvətənlərdən çoxlu zənglər gəlir, Rusiyada tacik vətəndaşlarının “gündəlik səviyyədə” sıxışdırılması barədə məlumatlar var.

Tacikistan Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə də təhdid mesajları daxil olub. Şahnoza Nodiri bu təhdidin təfərrüatlarını açıqlamayıb. Nazirlik nümayəndəsi hesab edir ki, əmək miqrantlarının Rusiyadan getməsinə ümumi çaxnaşma ovqatı təsir edir və bu, müvəqqəti haldır.

Əvvəllər nazirlik əmək miqrantları ilə miqrasiya xidmətləri səviyyəsində işlədiklərini də qeyd edirdi. Hazırkı vəzifə ekstremist qrupların və icmaların təsirinin qarşısını almaqdır.

Qeyd edək məlum hadisələrdən sonra miqrantların kompakt halda yaşadıqları və işlədikləri məkanlara reydlər təşkil edilir, tutqular aparılır. Əsasən, taciklər evdən çıxa bilməz hala gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR