İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada əsir alınan erməni əsgərin ölüm xəbəri yayıldı: Bakıdan ailəsinə zəng edildi... - VİDEO

6048 07.04.2023 01:17 Son xəbər A A

Azərbaycanda 20 il həbsə məhkum edilmiş erməninin işgəncələrlə öldürülməsi xəbəri yalan çıxıb. 

Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun Ermənistan bürosu xəbər verib. Belə ki, sosial şəbəkələrdə əslən erməni olan Livan vətəndaşı Bigenin Azərbaycan əsirliyində işgəncə verilərək öldürüldüyü xəbəri yayılıb. Lakin Bigen Bakıdan Livana zəng edərək həyat yoldaşı ilə danışıb. 

Bigenin həyat yoldaşı Linda İman müsahibə verərək bildirib ki, əri ilə təxminən 12 dəqiqə danışıb: "O, zəng edənə qədər iki gün ailədə dəhşət yaşandı. Səsi çox yaxşı idi, aydın gəlirdi".

Sosial şəbəkələrdə gəzən xəbərdən sonra bir çox yerə zəng etdiyini deyən Linda bildirib ki, həftə sonu olduğu üçün ona gözləməyi məsləhət biliblər. Lakin əri zəng edəndən sonra xəbərlərin yalan olduğunu anlayaraq rahat olub.

Daha ətraflı izləyin:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR