İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada 37 il öncə çəkilən fotonu təkrarladılar

1535 08.12.2022 18:04 Maraqlı A A

Şuşada illər öncə çəkilən foto təkrarlanıb. 

“Qafqazinfo” xəbər verir ki, 1985-ci ildə, Şuşanın işğalından öncə görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin fonunda çəkilən foto illər sonra yenidən, Şuşa işğaldan azad olunduqdan sonra canlandırılıb.

Fotoqraf Elnur Abdullanın lentə aldığı foto sosial şəbəkə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. 

Xatırladaq ki, Ü. Hacıbəyovun heykəli 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən tamamilə dağıdılmışdı.

2021-ci il avqustun 29-da Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin açılışı olub. Heydər Əliyev Fondu tərəfindən Bakı emalatxanasında hazırlanan abidə 1985-ci ildə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılıb.

Heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR