İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa məscidinə imam təyin olundu - FOTO

1630 01.09.2023 17:39 Qarabağ xəbərləri A A

Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətinin qəbulu zamanı qonaqlara təqdimatında deyib.

Şeyxülislam A. Paşazadə görüşdə iştirak edən yeni təyinat almış din xadimi - Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinin imamı Mirabdulla Həsənlini qonaqlara təqdim edib.

Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb./Yenisabah.az 

resize (15).jpg (31 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR