İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürüşkən Ermənistan...

1095 31.12.2022 11:24 Yazarlar A A

Ermənistanın xarici işlər naziri Rusiya naziri Sergey Lavrovun iştirakı ilə keçirələn üç tərəfli görüşə qatılsaydı, bunu bu il həyata keçən Dağlıq Qarabağ prosesinin mühüm həlqəsi, hətta yekunu kimi də qiymətlənirmək və dəyərləndrimək olardı.

Amma ermənistanlı nazir görüşə qatılmadı və üstəlik, bunu nümayişkəranə şəkildə etdi. Odur ki, İrəvanla Moskva arasındakı münasibətlərə bir az da soyuqluq qatıldı. Düzdür, insanlarımız bu soyuqluğun əlamətlərini Dağlıq Qarabağ müstəvisində görmək istəyirlər. Amma bu, yoxdur və olmayacaq da, çünki Rusiya Dağlıq Qarabağda öz oyununu oynayır və lazım gələrsə, bu oyunu hətta Ermənistansız da apara bilər.

İrəvanla Moskva arasındakı soyuqluğa gələndə isə, əvvəlki illərdən fərqli olaraq nəinki müstəqil politoloqlar, araşdırmaçılar, hətta baş nazir Nikol Paşinyanın özü də ilk fürsətdəcə Moskvanı tənqid edir.
Biz buna təkcə KTMT-nin İrəvanda keçirilən son sammitində şahid olmadıq, hərçənd ki, toplantının gedişində erməni baş naziri nəinki qurumun siyasətini tənqid etdi, hətta onun yekun sənədini imzalamaqdan belə imtina etdi.

Amma bu, son olmadı. Bu günlərdə Nikol Paşinyan bəyan etdi ki, Rusiyanın sülhməramlı qüvvələri öz missiyalarının öhdəsindən gələ bilmirlər, odur ki, bölgəyə beynəlxalq tərkibli sülhməramlı qüvvələr, o cümlədən də BMT –nin “mavi dəbilqəliləri” gəlməlidir.

Sonuncu bəyanat İrəvanın son vaxtlar apardığı siyasəti bir növ faş etdi. Hamıya aydırndır ki, münaqişənin çözülməsində Ermənistan son vaxtlar hiss olunacaq şəkildə Qərbə, xüsusən də ABŞ-a və Fransaya doğru dreyf edir. Suyu ən çox bulandıran da Parisdir. Məhz Fransanın sayəsində Brüssel prosesi pozuldu, Şarl Mişelin vasitəçiliyilə baş tutan görüşlər dayandı, çünki İrəvan bu prosesdə E.Makronun da iştirak etməsini tələb etdi.

Çox maraqlıdır ki, bu otuz ildə Bakı da Qərbi, xüsusən də ABŞ-ı və Fransanı hərəkətə gətirmək üçün çox çalışmışdı. Amma bütün bu cəhdlər bir nəticə verməmiş, həmsədr ölkələr Rusiya ilə bir geosiyasi ittifaqda olan Ermənistanı sülhə məcbur etmək əvəzinə prosesi süni şəkildə uzatmaqla məşğul olmuşdu.

Amma indi onlar qeyri-adi fəallıq göstərirlər. Hamısı da Ermənistanı müdafiə edir. Bəs prosesin sonu nə olacaq? Rusiya ilə Ermənistan arasında soyuqluq davam etsə, istisna deyil ki, ABŞ ssenarisi işə düşəcək. Qeyd edək ki, bu ssenari Bakı üçün heç də uğursuzluq vəd etmir, əksinə Vaşinqton fərqindədir ki, bu bölgədə də Ukraynada olduğu kimi, Rusiyanın nüfuz savaşı var.

Amma ABŞ təşəbbüsü əlinə ala biləcəkmi? Axı Ukraynada o, hər vəchlə münaqişəyə qatılmaqdan yayınmağa, Kiyevə hərbi-texniki yardım göstərməklə kifayətlənməyə çalışır.

Rusiyanın ABŞ-dan və Fransadan fərqli olaraq Dağlıq Qarabağda real “rıçaqları” var. Birincisi, Ermənistanın Rusiya bağlılığı o qədər dərindir ki, bu iki ölkənin biri-birindən ayrılmasını təsəvvür belə etmək mümkün deyil. Bəli, baş nazir Nikol Paşinyan Rusiyaya qarşı çıxış edir, onu tənqid edir. Onun başqa yolu da yoxdur. Məsələ bundadır ki, Rusiya bu adamı hələ də özünkü hesab etmir, onu Qərbin adamı sayır. Üstəlik, əgər Moskvanın R.Vardanyan kartı realdırsa, Moskva bu adamı Ermənistanın “böyük siyasəti” üçün hazırlayırsa, Paşinyanın Qərbə tərəf dreyf etməkdən savayı yolu yoxdur, çünki Moskva gec-tez Nikolu devirəcək və onun yerində daha bir Qarabağ kadrını oturdacaqdır.

İkincisi, Qərb çox fəallıq göstərsə də, inanmaq olmur ki, onun silahlı qüvvələri münaqişə bölgəsində Ermənistan üçün vuruşacaq. Yox, onlar indi də ilanı Seyidəhməd əli tutmaq istəyirlər, necə ki, buna Ukraynada çalışırlar.

Məhz Qərbin axmaq siyasəti nəticəsində Ukrayna gəlib bu duruma düşdü: doxsanıncı illərdə həmin Qərb Ukraynanı Rusiya qarşısında tərkisilah etdi. Onun nüvə silahını, raketlərini əlindən aldılar. İndi də qıraqda dayanıb tonqala odun atmaqda davam edirlər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR