İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərə ŞAD XƏBƏR: Bu tarixdən dəyişiklik qüvvəyə minir - VİDEO

2112 21.07.2022 13:50 Təhsil A A

2015-ci ildə icbari sığorta haqqında qanuna dəyişiklik edildi. Tətbiqi isə sığorta bazarına nəzarət edən quruma tapşırıldı. Bir müddət sonra isə bu məsələ birbaşa Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində daxil edildi.

Musavat.com xəbər verir ki, bu günlər məlum olub ki, icbari sığorta haqqında qanuna edilən dəyişiklik noyabr ayından tətbiq edilməyə başlayacaq.

Məhz noyabrın 1-dən yol nəqliyyat hadisələri zamanı zərərçəkən sürücülər usta seçimi kimi sığorta şirkətini də özləri müəyyənləşdirə biləcəklər.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "ARB"-yə bildirib ki, bu günə qədər hər bir halda sığorta təminatını təqsirkar sürücünün sığorta şirkəti ödəyirdi: "Lakin yeni qanunda deyilir ki, zərərçəkən sürücü təqsirkar sürücünün sığorta şirkətindən yox, özünün sığorta şirkətindən istifadə edə bilər. Bu o deməkdir ki, hər bir şəxs zərərçəkən olacağı təqdirdə rahat sığorta təminatı ala biləcək".\

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR