İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada qanlı toqquşmalar yenidən BAŞLADI - Ölən və yaralananlar var

667 19.01.2026 16:35 Dünya A A

Suriyanın Əl-Həsəkə əyalətinin kənarında yerləşən hökumətyönlü Suriya qüvvələrinə edilən hücum nəticəsində üç əsgər həlak olub, bir neçə nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Suriya hökuməti hücumda SDF ilə əlaqəli silahlı qrupları günahlandırıb.

İŞİD silahlılarının saxlanıldığı eyniadlı şəhərdəki həbsxananın yaxınlığında da toqquşmalar baş verdiyi bildirilir. Bəyanatda vurğulanır ki, "bu cür hərəkətlər ciddi təhlükəsizlik nəticələrinə səbəb ola bilər, sabitliyi təhdid edə, xaosa və terrorizmə qayıdışa yol aça bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR