İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya uğrunda mübarizə - ər-Riyadın Ankara dərdi

2270 10.01.2025 13:28 Dünya A A

Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər arasında siyasi mübarizə meydanına çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın (WSJ) materialında deyilir.

Bildirilir ki, bu ölkələr Suriyanın yeni administrasiyasına mülki infrastrukturun və elektrik təchizatının bərpası üçün maliyyə və texniki dəstək təklif ediblər. İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Suriyaya kömək etməyi planlaşdırır.

Nəşrin müsahibə götürdüyü analitiklərin fikrincə, ərəb monarxiyaları Dəməşqə yardım göstərməklə Suriyada yeni islamçı hərəkatların yaranması və “əl-Qaidə”, “İslam dövləti” və “Müsəlman qardaşları” terror qruplaşmalarının fəallaşması risklərini minimuma endirmək istəyirlər. Qəzet londonlu professor Fəvaz Qergesin fikrindən sitat gətirir: “Səudiyyə Ərəbistanının məqsədi Türkiyənin yeni Suriyada əhəmiyyətli təsirini tarazlaşdırmaqdır”.

Nəşrdə qeyd edildiyi kimi, “Səddam Hüseyn devrildikdən sonra İraqda nüfuz uğrunda mübarizədə Tehrana uduzan ər-Riyad” ərəb respublikasında Suriyaya humanitar yardımdan “Ankaraya qarşı çıxmaq yolu” kimi istifadə edir. Nəşrin fikrincə, “krallığın Türkiyə ilə rəqabətinin kökü Osmanlı imperiyası dövründə və yaxın tarixdə - “Ərəb baharı”ndan sonra Yaxın Şərqdə nüfuz uğrunda mübarizə dövrlərində dayanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR