İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Sarkisyan: "ABŞ heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək"

793 30.01.2023 13:18 Region A A

ABŞ heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək, çünki Azərbaycan ABŞ üçün Ermənistandan heç də az əhəmiyyətli ölkə deyil, hətta ondan da önəmlidir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan yerli mətbuata müsahibəsində deyib.

“Dövlət katibinin İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi barədə bəyanatını unutmayın. Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, böyük oyunun yalnız bir tərkib hissədir. Ona görə də Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcəklər.

ABŞ Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım edir. Yəni bu, tam olaraq hərbi yardım deyil, təhlükəsizlik baxımından kömək etməkdir. Məqsəd İranla dəniz sərhədini qorumaqdır. Son 2-3 ildə Azərbaycana 100 milyon dollara yaxın yardım göstərilib ”, - deyə Sərkisyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR