İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var

574 09.02.2023 04:02 Hadisə A A

Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində baş verib. Belə ki, "Mercedes" markalı 50 - EH - 724 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.

İlk dəydiyi "Opel" markalı 01 - CE - 467 dövlət qeydiyyat nişanlı avtomobildə olan hamilə qadın xəsarət alıb.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hər 4 avtomobilə ciddi ziyan dəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR