İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda yaşayış binasında güclü YANĞIN: 6 nəfər təxliyə edildi

644 12.01.2024 13:50 Hadisə A A

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 kvadratmetr olan beşotaqlı mənzilin bir otağında bir ədəd kondisioner və ev əşyaları 12 kvadratmetr sahədə yanıb.

Musavat.com xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 kvadratmetr sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR