İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda nənəsinin qətlində şübhəli bilinən gənc saxlanılıb FOTO YENİLƏNİB

894 26.06.2022 00:31 Kriminal A A

İyunun 25-i saat 03 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Sumqayıtda qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlının tanınmış şəxs olduğu üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, şairə, QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib.

Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib.

Qətlin səbəbləri hələlik tam müəyyənləşməyib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR