İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda dəniz qırağında meyiti tapılan azyaşlının qatili GÖRÜN KİM İMİŞ FOTO

2616 01.04.2024 09:43 Kriminal A A

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Musavat.com xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, martın 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

MEYİT SON.png (935 KB)

Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR