“Ermənistan silahlı qüvvələri heç kimlə rəqabət aparmağı qarşısına məqsəd qoymur”.
Musavat.com xəbər verir ki, bu iddia Ermənistanın müdafiə naziri Suren Papikyan tərəfindən keçirdiyi mətbuat konfransında səslənib.
Azərbaycan ordusunun yerdəyişmələri ilə bağlı sualı cavablandıran nazir onda belə bir məlumat olmadığını bildirib.
Papikyanın sözlərinə görə, dünyada hərbi əməliyyatlar şəraitində “qapalı səma” ifadəsi nisbi anlayışdır.
O əlavə edib ki, müasir hava hücumundan müdafiə sistemlərinə malik ölkələr belə buna nail ola bilmirlər.
Suren Papikyan Ermənistanın hava hücumundan müdafiə sistemləri və dron əleyhinə sistemlərin alınmasına diqqət yetirdiyini bildirib.
Musavat.com