İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramsız ki sülhməramsız

1282 25.11.2022 09:54 Yazarlar A A

Azərbaycan Respublukasının Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramsızları öz yeni açıqlamasında növbəti dəfə başından böyük yanlışlıq edib.

24 noyabr, saat 19.00-da yayılan bülletendə Azərbaycan tərəfdən atəşkəsin pozulduğu iddia olunub. Həyasızca iddia olunub ki, atəşkəs pozulması halı “Maqavuz” istiqamətində qeydə alınıb.

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramsız hərbi kontingentinin komandanlığı bədnam ənənəsinə sadiq qalaraq, açıqlamada bizim yer adlarımızı dəyişib, “Çardaqlı” yerinə “Maqavuz”, habelə “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” yerinə “Dağlıq Qarabağ” yazıb. Üstəlik də, bizi ittiham modunda durublar.

Sülhməramsızların komandanı general-mayor Volkov Ağdamdakı Rus-Türk Monitorinq Mərkəzinin hər iki tərəfdən olan rəhbərləri ilə birgə, Sarıbaba səmtində 2021-ci il Ermənistan istehsalı minalara tam da bugünlərdə baxış keçirmişdi. Azərbaycan rəsmi qurumunun dəvəti ilə keçirilən baxışdan sonra, sülhməramsız generalın danılamaz dəlil-sübutlar qarşılığında şər-böhtana əl atmaq yolsuzluğuna getdiyi görünür.
Bu yaraşıqsız hərəkəti ancaq terrorçuluğu dəstəkləyən dövlətin təmçilçiləri edə bilərdi. - Nə təvafüq: Avropa Parlamenti dünən Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıdı…

Rusiya sülhməramsızları bizim yer adlarımızı öz ağızlarınca dəyişirsə, heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikacığı”nı gorbagor olduğu yerdən sarımağa çalışırsa, gərək heç unutmasın ki, Çeçen-İçkeriya Respublikasını müstəqil dövlət kimi ən azı bir böyük ölkə tanıyıb, Federasiyanın digər subyektlərinin də tanınma perspektivi olmamış deyil.

Uzun sözün qısası, özü şüşə evdə oturan daş evə daş atmamalı… atırsa da, cavabı qəbullanmalıdır...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR