İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

6443 22.03.2023 14:01 Gündəm A A

“Ermənistan İranla birləşib bizə qarşı müharibəyə başlasa, təbii ki, cavablarını alacaqlar. Amma mən müharibə ehtimalını görmürəm”.

Bunu Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

01e1de9c-4abf-4dba-a302-6cb861ea3bc7.jpg (24 KB)

O bildirib ki, hər hansı toqquşma və yaxud gərginliyin artmasını gözləmək olar:

“Ermənilər faktiki olaraq sülh prosesindən imtina ediblər. Məsələləri uzadırlar, təxirə salırlar. Bizim hədəfimiz Laçın yolu üzərində nəzarəti gücləndirmək, orada bir mexanizm əldə etməkdir. Bizim bu barədə təkliflərimiz var, ermənilər isə bundan imtina edirlər. Əgər ermənilər doğrudan da bu yoldan humanitar məqsədlə istifadə edirlərsə, niyə təklifdən imtina edirlər? Deməli, onların ayrı məqsədləri var – yoldan hərbi məqsədlər üçün istifadə etmək. Bu da təbii ki, bizdə problemi qaldırır ki, Laçın üzərində məntəqə yaratmalıyıq. Ola bilsin ki, bu istiqamətdə müəyyən addımlar olsun. Amma mən müharibə proqnozlaşdırmıram. 

Sülh müqaviləsinə gəlincə, Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırıb. ABŞ bu yolla Ermənistanın danışıqlara başlamasına təkan verməyə çalışır. Məndə olan məlumatlara əsasən, saziş haqqında danışıqlar son məqsəddən uzaqdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR