İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh əvəzinə, qan püskürən erməni kilsəsi...

909 17.05.2024 12:40 Media A A

Siyasi şərhçi: “Erməni kilsəsinin aqressiv  ”qanadı" qırılmasa region dinclik tapmayacaq"

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali neçə gündür ki, itaətsizlik aksiyasına başlayıb.  İrəvanda və digər şəhərlərdə aksiyaya çıxan əhali əsas küçə və prospektləri bağlayıb. Qeyd edək ki, itaətsizlik aksiyası ilə bağlı çağırış B. Qalstanyan tərəfindən mayın 9-da paytaxtın mərkəzi meydanında keçirilən mitinqdə edilib. O, tələbələri mayın 10-dan dərsləri boykot etməyə, rayon və şəhər sakinlərini isə yaşadıqları yerlərdə aksiyalar keçirməyə çağırıb. Arxiyepiskop etiraf edib ki, baş naziri qanuni yollarla devirməyə gücləri çatmır. Buna görə də itaətsizlik aksiyaları ilə məqsədlərinə nail olmaq istəyirlər. Ermənistanın baş naziri Nikol Paşinyan özü etiraf edib ki, bütün ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Köçəryandır: “Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi ”Vətən naminə Tavuş" hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır. Hələ 2021-ci ildə Robert Köçəryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib". 

Ümumiyyətlə isə Erməni və Azərbaycan xalqları arasında münasibətlərin pozulmasında erməni apostol kilsəsinin rolunu xüsusi qeyd etmək lazımdır. Kilsə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən az sonra - 1875-1880-ci illərdən başlayaraq, haylar arasında türklərə və azərbaycanlılara qarşı nifrət hissi aşılamağa, etnik və dini zəmində ədavət salmağa, düşmənçilik toxumu səpməyə başlayıb. Din xadimi adlanan həmin şəxslərin fəaliyyəti tezliklə öz “bəhrəsi”ni verib. Aparılan kütləvi təbliğat, erməni xalqının “beyin yuma əməliyyatına” məruz qoyulması, onlarda psixoz vəziyyətinin yaradılması “Daşnaksütyun”, “Hnçak” kimi partiyaların təşkilinə gətirib çıxarıb. II Qareginin xaricdən idarə edildiyi ehtimalı da var. 

Danılmaz faktdır ki, erməni apostol kilsəsi Azərbaycanla Ermənistan arasında sülhün olmaması üçün illərdir ki, əlindən gələni edir. Hətta dünyanın bir çox yerində fəaliyyət göstərən erməni diasporlarını da bu işə səfərbər edib. İndiki məqamda, iki ölkə arasında sülhə doğru addımların atıldığı dövrdə  Paşinyana qarşı bu cür etirazların olması da təəccüblü görünmür. 

Göründüyü kimi, din adı altında ilanların qaynaşdığı kilsə dünyaya sülh deyil, qan axıdılmasını təlqin edir. 

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

Siyasi şərhçi, AG Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov “Yeni Müsavat”a deyib ki, din xadimlərinin bu dəhşətlərlə dolu dünyada insanları daha insani düşünməyə səsləməsinə ehtiyac var: “Ancaq bu heç də hər zaman belə olmur. Bəzi xalqların tarixinə baxdıqda görürsən ki, onların tarixindəki aqressivliyin mənbəyi məhz həmin xalqların din xadimləridir. Ermənilər əsrlərdir dövlət təsisatından məhrum idilər. 1828-ci ildə onlar üçün Erməni Vilayəti təsis edildi. Osmanlı və İrandan Qafqaza ermənilər köçürüldü. Burada onların sayı artırıldı. Daha sonra isə bu süni əsaslar üzərində 1918-ci ildə Ermənistan Respublikası yarandı. Həmin Respublikanın ilk işi tarixi Azərbaycan torpaqlarına iddia etmək idi. Bu dövrdə də ermənilərin konsalidasiyasında və Qərbin onları müdafiə etməsində əsas amillərdən biri xristianlığı qabartmaları idi. Azərbaycanın tarixi torpaqlarında müxtəlif dinlərin nümayəndələri tarixən mehriban şəraitdə yaşayıblar. Ermənilərin din xadimləri isə bu gedişatı daim pozmuşlar. 1988-1993-ci illərdə Azərbaycan torpaqlarının işğalında da erməni keşişlərinin önəmli xidməti olub. Ermənistan qoşunlarının tanklarının üzərində xaç işarələri ilə onlar özlərini səlibçilərə bənzədirdilər. O səlibçilər ki, Qüdsü işğal etdikləri zamanı müsəlmanlara qarşı soyqırım həyata keçirmiş, qadınlara təcavüz etmiş, körpələri öldürmüşdülər. Təəssüf ki, bu müasir dünyada da insanlıq əleyhinə cinayətlərinə hələ də müqəddəs kitablardan dəlil gətirənlər, ordularını motivasiya etmək istəyənlər vardır. Ermənilərin Baqrat Qalstanyanı da həmim tiplərdəndir. Azərbaycanın hüquqi ərazilərinin ona qaytarılmaması üçün ortaya çıxan bu şəxsin dörd tərəflimi, beş tərəflimi agent olmasını gələcəkdə hadisələrin gedişi göstərəcəkdir. Maraqlısı odur ki, hamını küçələrə dəvət edən, gözlərindən nifrət yağan Baqratın özü bahalı otellərdə dayanır, ayaqlarının mazollarını sosial mediada paylaşır, Qarabağdan aradan çıxan hayları küçələrə tökür. Baqratın ”üsyanı"na əksəriyyət etibarilə Ermənistanda məskunlaşmış Qarabağ erməniləri qoşulur. Bir də ki, Paşinyanı devirmək istəyən müxalifət qüvvələri. Amma ermənilərin böyük əksəriyyəti özlərinin də, balalarının da ölməsini istəmirlər. 10 000-dən çox fərarisi olmuş bir xalqın Baqratın arxasında növbəti savaşa getməsi inandırıcı deyil. O mitinqlərdə   iştirak edənlərin böyük əksəriyyəti özləri müharibəyə getmək istəməz. Erməni kilsəsinin aqressiv qanadının şaxı qırılmasa region dinclik tapmaz. Mən hesab edirəm ki, Paşinyan Baqrata baxır deyir ki, “gözlə, sənin böyüyünü bir gün tarixə göndərəcəm”. Paşinyan əslində sülh üçün bunu etməlidir. Çünki erməni kilsəsindəki min illik aqressiv qanadı gedib kilsəsində ibadətlə məşğul olan qanad dəyişməlidir. Ki, elə ermənilər də ağ gün görsün".

Yazını hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR