İnsanlara hürriyət, millətlərə istiqlal!

Spirtli içki beyni necə məhv edir? – yeni tədqiqatdan ciddi nəticə

1738 26.04.2026 03:16 Səhiyyə A A

Gənc yaşlarda spirtli içki qəbulunun beynə təsiri düşündüyümüzdən daha təhlükəli ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə nəticələri “Neurobiology of Aging” jurnalında dərc olunan elmi araşdırmada bildirilib.

Araşdırmaya görə, insan sonradan alkoqoldan imtina etsə belə, gənclik dövründə spirtli içki qəbulu beynin “bioloji tənzimlənməsini” poza bilər. Bu isə beynin stressə qarşı təbii müdafiə mexanizmini zəiflədir, insanın çətinliklərə uyğunlaşmasını və həyatdakı dəyişikliklərə tez reaksiya verməsini çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, bunun nəticələri yetkin yaşlarda yaddaş və düşünmə qabiliyyəti ilə bağlı ciddi problemlər şəklində özünü göstərə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR