İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sözlərim yanlış anlaşılıb, üzr istəyirəm" - Əməkdar artist

3729 09.12.2023 16:28 Şou-biznes A A

Bu günlərdə Əməkdar artist Sevinc Sarıyevanın “Rəngarəng səhər” verilişində dediyi sözlər qalmaqala səbəb olub. Belə ki, bəzi saytlar müğənninin tamaşaçıları təhqir etdiyini, “tamaşaçı bizə aşağıdan yuxarı baxır. Bizsə tamaşaçıya yuxarıdan aşağı baxırıq. Bu nə deməkdir? Yəni biz şahıq”- dediyini yazıb.

Bununla bağlı “525.az”-a açıqlama verən sənətçi sözlərinin kontekstdən çıxarıldığını iddia edib:

"Verilişdə aparıcı mənə dedi ki, bəzi müğənnilərin özlərini aparmaq tərzinə görə tamaşaçılar bu sənətin daşıyıcılarına təlxək kimi baxırlar. Düzü, bu söz mənə çox təsir elədi və orada dedim ki, müğənnilik, musiqiçilik heç də aşağı sənət deyil. Bizim işimiz təkcə oxumaq deyil, bu sənətin tanınmış mütəxəssisləri, musiqişünasları, elmlər namizədləri, professorları var. Mən özüm də hazırda elmi iş üzərində işləyirəm. Bu sənət şah sənətidir. Əgər hansısa tamaşaçı bizə təlxək kimi baxırsa, onda biz o tamaşaçıdan yuxarıda dayanırıq. O bizə aşağıdan yuxarı baxır.

Sonra da üzümü həmkarlarıma tutaraq dedim ki, bu sənətin adını batırmaq olmaz. Mən bütün sənətçilərə deyirəm, xahiş edirəm, bu sənətin adına layiq hərəkət edin. Azərbaycan musiqisinin adını batırmayın”.

Əməkdar artist Sevinc Sarıyeva onun adı ilə yazılmış sözlərdən inciyən tamaşaçılardan yanlış anlaşılmaya görə də üzr istəyib:

“Bizi biz edən tamaşaçılarımızdır. Mən ötən il üç konsert verdim, üçündə də anşlaq oldu. Tamaşaçı bilet alıb konsertimə gəlir, sənətimi dəyərləndirir, mən necə ona qarşı hörmətsiz ola bilərəm?! Təəssüf edirəm ki, verilişdə dediyim sözlər konteksdən çıxarıldı və bu cür təqdim edildi. Buna görə bütün tamaşaçılarımdan üzr istəyirəm”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR