İnsanlara hürriyət, millətlərə istiqlal!

Söyüdlüyə xüsusi texnikalar göndərilib? – Sakinlərdən şok: Bir ayda 20 nəfər öldü – Üzeyir Cəfərovla CANLIda

1098 23.06.2023 11:21 Gündəm A A

Gədəbəy rayonunun Söyüdlü kəndinin giriş istiqamətində naryad qrupları xidmət aparır. Kənddə hər hansı gərginlik yoxdur. Yerli sakinlər kəndə rahat şəkildə girib-çıxa bilir, heç bir məhdudiyyət tətbiq olunmur.

Bunu ARB-yə açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. DİN rəsmisi əlavə edib ki, əsas məqsəd kənddə ictimai təhlükəsizlik, bütövlükdə asayiş qorunsun və gözlənilsin: "Polis tərəfindən hər hansı əlavə qüvvə, xüsusi vasitələr, texnikalar əraziyə cəlb edilməyib. Kənddə normal qaydada həyatlarına davam edirlər".

Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində süni gölün yaradılmasına etiraz edən sakinlər Baku TV-yə danışıblar.
Sakinlər kənddə ikinci süni gölün yaradılmasından narazı olduqlarını bildirirlər: “Üç il əvvəl nazirlik qərar çıxardı ki, bu gölün üstü örtülməlidir. Buna baxmayaraq, ikinci gölü yaratmaq istəyirlər”.

Sakinlər, həmçinin, qeyd ediblər ki, kənddə qurulan süni göl xəstəliklərə səbəb olur:

“Göl qurulandan etiraz etmişik ki, bura kəndlinin mal-qarasının örüş sahəsidir. Ağaclarımızda meyvə yoxdur, cavanlarımızın hamısı xəstəliyə tutulub”.

İki gündür gündəmdə olan bu mövzu ilə bağlı artıq hökumət də hərəkətə keçib. Baş nazir Əli Əsədovun iyunun 21-də imzaladığı sərəncamla Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.

Komissiyaya rayonun Söyüdlü kəndində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Baş verənlərlə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da rayonun Söyüdlü kəndinə gedib. Sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib. Kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib. İcra hakimiyyətinin başçısı narazılığın həlli ilə bağlı da kənd sakinləri ilə fikirlərini bölüşüb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR