İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyqırım törədən Ermənistanın BMT Şurasında üzvlüyü niyə dayandırılmadı – faktlar

774 08.04.2022 14:58 Gündəm A A

Hazırda dünyanın xüsusi diqqət mərkəzində olan hadisələrdən biri də Ukraynanın Buça şəhərində törədilən insanlığa sığmayan cinayətdir. Buçadakı faciə soyqırım kimi qiymətləndirilir. Rusiya bu hadisələrin müəllifi olduğunu inkar etsə də, beynəlxalq aləm ortaya peykdən çəkilmiş görüntülər qoyub və hadisənin ruslar tərəfindən törətdildiyini təsbit edib.

Faktiki olaraq Buça hadisələrinə görə Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırıldı.

1434819.jpg (52 KB)
Bu məsələ ilə bağlı müzakirələrdə təbii olaraq Azərbaycana qarşı törədilmiş soyqırımlar da xatırlanır və ortaya suallar çıxır, dünyanın ölkəmizə münasibətdə ikili standartları gündəmə gəlir.
Azərbaycana qarşı Buça faciəsindən də qəddar soyqırım – Xocalı faciəsi törədilib. Bütün dünya bilir ki, bu soyqırımı Ermənistan törədib. O Ermənistan ki, BMT İnsan Hüquqları Şurasının üzvüdür, 2020-2022-ci illər üçün Şərqi Avropa regionundan seçilib.

BMT İHŞ-nın üzvü olan Ermənistan 2020-ci payızında - 44 günlük müharibə dövründə də Gəncə, Bərdə, digər şəhərlərdə dinc sakinləri gecə raketlərlə bombalayırdı.

1602493888887_BqyTnUKH.jpeg (388 KB)

İnsanlar yatdığı yerdə qanına qəltan edilir, şəhərlər, rayonlar, kəndlər dağıdılırdı. Bu vəhşilikləri törədən ölkə BMT-nin sözügedən Şurasının üzvü idi, ancaq çox təəssüf ki, həmin vaxt bu dəhşətli hadisələr dünyanı narahat etmirdi. Xocalı faciəsinə, Gəncə, Bərdə hadisələri bizim üçün və de-fakto Buça hadisələrinin oxşarı, ondan da dəhşətli idi.

-cefb500a16039042442237145751041356.jpg (473 KB)

Ancaq bu dünyada heç kəsi narahat etmirdi. Azərbaycan Ermənistana sanksiyalar tətbiq edilməsini israrla tələb edirdi və bunun üçün kifayət qədər faktlar ortada idi. Ancaq Azərbaycana qarşı olan qərəz, ermənipərəstlik, ikili standartlar bu məsələdə də davam, inikas edib.

Azərbaycanda insan faciələrinə, soyqırımlara bu cür susqunluğun, reaksiyasızlığın nəticəsidir ki, bu gün dünyada Buça hadisələri kimi dəhşətlər təkrarlanır. Bu cür faciələrin yaşanmaqda davam etməsinin səbəbi həm də 1992-ci ildə Xocalı faciəsini törədənlərin cəzalandırılmaması, sanksiyalarla üzləşməməsi, beynəlxalq təşkilatlarda başda oturdulmasıdır.

Qərb, Avropa dairələrinin, dünyanın güc mərkəzlərinin strategiya və yanaşmalarını obyektiv meyarlar üzərində qurmamaları öz ağır nəticələrini verməkdədir.
Biz bu gün də işğalçı, sülhə gəlmək istəməyən Ermənistana liberal yanaşmaların şahidi oluruq. Bunun da gələcəkdə dünya üçün pis fəsadları, təkrarları ola bilər.
İkili standartlara son verilməyincə, dünyada faciələr, müharibələr, dəhşətlər, işğallar dayanmayacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR