İnsanlara hürriyət, millətlərə istiqlal!

“Son qolu vur” - “Vilayəti Xorasan”dan Avro-2024-də ŞOK TƏHDİD

2204 19.06.2024 14:41 Dünya A A

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı İŞİD və İŞİD-ə bağlı “Vilayəti Xorasan” terror qruplaşmasının hədəfi ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feyzer məlumat verib.

“Avropa, xüsusən də Almaniya cihadçı təşkilatların, xüsusilə də İŞİD və “Vilayəti Xorasan”ın  radarındadır”, - deyə Feyzer bildirib.

Onun sözlərini “Financial Times” yazıb. Almaniya hakimiyyəti iyunun 14-dən iyulun 14-dək Berlin, Köln, Frankfurt-Mayn və digər şəhərlərdə keçirilən futbol üzrə Avropa çempionatı zamanı potensial terror hücumları təhlükəsindən narahatlığını bundan əvvəl də bildirib. 

b005eb3b1a2603de2905da9ff4a7ad6a.jpg (53 KB)

İŞİD-in futbol stadionunda silahlı şəxsin fotosunu “Son qolu vur” başlığı ilə yerləşdirməsi qorxuları artırıb. Bu idman tədbirinin təhlükəsizliyinə birbaşa təhdid sayıla bilər.

Musavat.com xatırladır ki, “Vilayəti Xorasan”  2015-ci ildə İŞİD-in İraq və Suriyada  gücləndiyi vaxtlarında yaradılıb.

“Vilayəti Xorasan” İŞİD-in Əfqanıstandakı qoludur. Sonradan İŞİD gücünü itirdikdə terror qruplaşmalarında yüzlərlə “işsiz qalmış” döyüşçü “Xorasan” qruplaşmasına qoşulublar və bu günə qədər də İŞİD-ə bağlı qalırlar. Qrupun adına gəlincə, “Vilayəti Xorasan” bir vaxtlar Əfqanıstan, Pakistan, İran və ətraf əraziləri əhatə edən bölgəyə verilən ad imiş. “Xorasan” tərəfdarları “müsəlman imperiyalarının itirilmiş şöhrətini və qüdrətini qaytarmaq istəyir”, həmçinin müasir milli sərhədləri açıq şəkildə rədd edir.  

Bir  gün əvvəl  Türkiyə xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edərək, "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək ediblər. Bu barədə Türkiyənin hökumətyönlü "Hürriyet" qəzetinin köşə yazarı Hande Fırat yazıb.

984988b549983842e64dbcb9c941168d.jpg (18 KB)

"Konsert salonuna ilk hücumdan sonra terror qruplaşması ikinci hücumu planlaşdırıb. Onlar insanların dolu olduğu ticarət mərkəzinə hücum etməyi düşünürmüşlər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq, bu ikinci böyük hücumun qarşısını alıb", - deyə yazıda bildirilib.

Nəşrin məlumatına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan "Vilayət Xorasan" qruplaşmasının silahlıları tərəfindən hazırlanıb.

Qeyd edək ki, bu ilin martın 22-də axşam saatlarında “Vilayəti Xorasan”a bağlı silahlı şəxslər Moskva yaxınlığındakı “Crocus City Hall” binasına basqın ediblər. Onlar mərkəzə gələnlərə atəş açıb və binanı yandırıblar. Terror aktı nəticəsində 144 nəfər ölüb, 551 nəfər yaralanıb.

Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR