İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yeni müharibə HƏR AN başlaya bilər - ŞOK TƏHDİD GƏLDİ

3083 11.04.2024 18:03 Dünya A A

ABŞ prezidenti Co Bayden Dəməşqdəki konsulluq binasına edilən hücuma görə İranın qisas ala biləcəyi ilə bağlı narahatlıqlar fonunda İsrailə “sarsılmaz” dəstək vəd edib.

Musavat.com-un xəbərinə görə, Bayden xəbərdarlıq edib ki, aprelin əvvəlində İsrail İranın Suriyadakı konsulluğunu vurduqdan sonra Tehran Tel-Əvivi “əhəmiyyətli hücumla” hədələyir.

"Biz İsrailin təhlükəsizliyini qorumaq üçün əlimizdən gələni edəcəyik" - o qeyd edib.

Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan sonra İran cavab addımı atacağına söz verib. İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib: “Sionist rejimin səfirlikləri artıq təhlükəsiz deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR